backend

Ermənilərin informasiya təxribatları: Aldanmayın, paylaşmayın!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəbhədəki məğlubiyyətlərini həzm edə bilməyən düşmən tərəfi indi də sosial şəbəkələr vasitəsilə Azərbaycana hücuma keçməyə başlayıb. Ermənilər sosial şəbəkələrin (Facebook, Twitter, Odnoklassniki və VKontakte) Azərbaycan seqmentində ictimai rəyi çaşdırmağa yönələn təxribat xarakterli videogörüntülər və informasiyalar yaymaqla ölkəmizlə bağlı mənfi imic yaratmağa çalışırlar.  Cəbhədəki məğlubiyyətlərini həzm edə bilməyən düşmən tərəfi indi də sosial şəbəkələr vasitəsilə Azərbaycana hücuma keçməyə başlayıb. Ermənilər sosial şəbəkələrin (Facebook, Twitter, Odnoklassniki və VKontakte) Azərbaycan seqmentində ictimai rəyi çaşdırmağa yönələn təxribat xarakterli videogörüntülər və informasiyalar yaymaqla ölkəmizlə bağlı mənfi imic yaratmağa çalışırlar. 

Onlar bu məqsədlə guya erməni əsgərin başının Azərbaycan hərbçiləri tərəfindən “kəsilməsini” əks etdirən kadrlar hazırlayıblar. 

Virus-video o qədər “peşəkarlıqla” hazırlanıb ki, sosial şəbəkə istifadəçiləri bu görüntüləri analiz etmədən öz profillərində paylaşırlar. Görüntülərin real kadra bənzəməsi üçün Azərbaycan dilindən də istifadə edilib. Halbuki, həmin görüntüləri dəqiqliklə izlədikdə saxtalığı məlum olur. Reallıq budur ki, hazırda geniş müzakirələrə səbəb olan “baş kəsmə” videosu ermənilər tərəfindən sosial mediaya buraxılıb, daha sonra Azərbaycan seqmentində kütləvi şəkildə paylaşılıb.

Plana uyğun olaraq erməni KİV-ləri həmin görüntüləri ictimailəşdirib, azərbaycanlıları “vəhşi”, “barbar” kimi göstərmək məqsədilə əks təbliğata başlayıblar. Onlar müxtəlif dillərdə hazırladıqları materialları yaymaqla dünyanı öz yalanlarına inandırmağa cəhd göstərirlər. Belə ki, qondarma “Dağlıq Qarabağ respublikasının ombudsmanı” Ruben Melikyan videonu paylaşaraq guya Azərbaycanda ermənifobianın olması barədə fikir bildirib.  

Görünən odur ki, silahlı toqquşmalarda Azərbaycan ordusuna tab gətirə bilməyən düşmən var gücü ilə informasiya müharibəsinə köklənib və yayılan videolar bu istiqamətdə aparılan kampaniyanın tərkib hissəsidir.

Təəssüf ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi sosial şəbəkə istifadəçiləri mənbəyi bilinməyən, erməni saytlarında yayılan informasiya və görüntüləri paylaşmaqla düşmənin əlinə şans verir. Ola bilsin ki, istifadəçilər bunun fərqində deyillər. Amma reallıq budur ki, onların “fəxrlə” paylaşdıqları əksər görüntülər özümüzə qarşı işləyir. İnformasiya müharibəsinin cəbhədəki döyüşlər qədər şiddətli getdiyi vaxtda mümkün qədər belə təxribatlara uymamaq lazımdır.