backend

Ermənilərin cəbhə xəttində fəallaşmasının səbəbləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar erməni silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində reaktiv silahlardan, iriçaplı pulemyotlardan və digər silahlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini müntəzəm surətdə pozmasının arxasında bir sıra səbəblər dayanır.  

Son vaxtlar erməni silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində reaktiv silahlardan, iriçaplı pulemyotlardan və digər silahlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini müntəzəm surətdə pozmasının arxasında bir sıra səbəblər dayanır. 

Bu səbəbləri əsasən aşağıdakı kimi qruplaşdırmaq mümkündür.

Birincisi, ötən ilin 2-5 aprel hadisələri zamanı erməni silahlı bölmələrinin cəbhə xəttində törətdikləri təxribatların qarşısının Azərbaycan Ordusunun layiqli cavab zərbəsi ilə qətiyyətlə alınması nəticəsində düşmənin darmadağın olunmasının Ermənistan ictimaiyyətində yaratdığı ruh düşkünlüyünün hər vasitə ilə aradan qaldırılması cəhdləri. Ermənistanın hərbi-siyasi rəhbərliyi bu məğlubiyyət sindiromundan qurtulmaq, ölkədaxili siyasi-iqtisadi böhrandan diqqəti yayındırmaq üçün artıq neçə aydır ki, uğursuz cəhdlər göstərirlər.

İkincisi, aprel məğlubiyyətinin ölkə daxilində yaratdığı ruh düşkünlüyündən istifadə etdməyə çalışan Ermənistan müxalifətinin fəallaşması. Xalq arasında nüfuzunu tamamilə itirmiş hərbi-siyasi rejim müxalifətin yaranmış vəziyyətdən yararlanmasına imkan verməmək üçün cəbhə xəttində uğursuz revanş cəhdlərinə çıxış yolu kimi baxır.

Üçüncüsü, münqişənin həllinin yubadılması, yaxud münaqişəyə özünə müttəfiq hesab etdiyi hansısa tərəfi, ya tərəfləri cəlb etmə səyləri. Bu halda, Rusiya Federasiyası ilə əldə olunmuş sonuncu razılaşmaya və MDB Kollektiv Təhlükəsizlik Müqaviləsinə cəlb edilmiş ölkələrə ümid bəslənir.

Dördüncüsü, ümumən hər iki ölkyə yaxın regionda baş verən münaqişələrlə və ABŞ-da yeni adminstrasiyanın hakimiyyətə gəlməsi ilə əlaqədar yaranmış vəziyyətdən Ermənistan tərəfinin maksimum istifadə etməyə çalışması. Belə vəziyyətlərdən həmişə maksimum yararlanmağa cəhd göstərən ermənilər özlərinin cəbhə xəttində törətdikləri təxribatların məsuliyyətini qarşı tərəfin, yəni Azərbaycanın üzrinə qoyur və dünya ictimaiyyətini çaşdırmağa çalışırlar.

Beşincincisi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupunun və bu qrupu təmsil edən həmsədr dövlətlərin fəaliyyətsizliyi nəticəsində münaqişənin həllinin yubadılmasının Ermənistan tərəfinə yaratdığı imkanlar. Bu imkanları əldə saxlamaq üçün Ermənistan cəbhə xəttində daimi gərginliyin qalmasında maraqlıdır.

Ancaq bunlara baxmayaraq, Azərbaycan Ordusu nəinki bütün təxribatların qarşısını layiqincə almağa və düşmənə sarsıdıcı zərbələr vurmağa, bu gün işğal altında qalan torpaqlarımızı erməni hərbi birləşməlrindən tamamilə təmizləməyə həmişə hazırdır. Ötən ilin aprel döyüşləri bunu bir daha sübuta yetirdi. Əgər mövcud münaqişənin sülh yolu ilə həlli mümkün olmayacaqsa, Azərbaycan xalqı öz iradəsini ortaya qoyaraq, Ali Baş Komandanın əmri ilə düşmən üzərində tam qələbə çalmağa qadirdir. Biz veteranlar da həmin Ordunun tərkibində ərazi bütövlüyümüzün bərpası naminə döyüşlərə qatılmağa daim hazırıq.

Cəlil Xəlilov,

Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik