“Şəhid əsgərimizin nəşinin qaytarılması ilə bağlı Azərbaycan dövləti işlərini davam etdirir”.
“Şəhid əsgərimizin nəşinin qaytarılması ilə bağlı Azərbaycan dövləti işlərini davam etdirir”.
Bunu TİA.AZ-a Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov deyib.
İcma rəhbəri bildirib ki, ermənilər tərəfindən bir neçə dəfə belə hərəkət olunub:
“Bu hərəkətlər ermənilərin xislətində, kökündə, qanında var. Ermənilər düşünmürlər ki, sabah onların da yüzlərlə meyiti bizdə qalacaq. Sözsüz ki, bu cür hərəkətlər yolverilməzdir”.
B.Səfərov qeyd edib ki, ölkə rəhbərliyi səviyyəsində və aidiyyatı qurumlar tərəfindən şəhid əsgərin nəşinin geri alınması istiqamətdə danışıqlar davam edir: “Dağlıq Qarabağın Azərbaycanlı İcması olaraq cənab Prezidentin rəhbərliyi altında görülən işlərə qoşuluruq və dəstək oluruq. Biz fəxr edirik ki, Ali Baş Komandanımız bütün bu proseslərə böyük diqqət yetirir”.
Qeyd edək ki, Azərbaycan ordusunun əsgəri Qurbanov Çingiz Salman oğlu erməni təxribatının qarşısını alarkən şəhid olub. Onun meyiti düşmən nəzarətindəki ərazidə qalıb.
Meyitin geri qaytarılması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikə rəsmi qaydada müraciət edilib. Çağırışlara baxmayaraq, Ermənistan tərəfi beynəlxalq hüququnun normalarını kobud şəkildə pozaraq şəhidin nəşini geri qaytarmır.