“Ermənistan ətrafında dramatik hadisələr baş verir. Lakin bu heç kimin vecinə deyil”. Tribunainfo.az xəbər verir ki, bunu politoloq Andranik Tevanyan deyib.
O qeyd edib ki, Paşinyan və komandası hazırda bleflə məşğuldur. “Onlar özlərini elə göstərirlər ki, guya, heç nə baş vermir. Gah velosiped yarışı keçirirlər, gah, qaçı turnirləri təşkil edirlər”.
Tevanyan deyib ki, hal hazırda erməni xalqının başının altına yastıq qoyurlar. “Erməni xalqının başının altına 44 günlük müharibədə olduğu kimi, indi də qu tükündən yumuşaq yastıq qoyurlar. O vaxt deyirdilər ki, heç kim Azərbaycana dəstək verməyəcək, gücsüzdür və sair. Məlum oldu ki, zəif bizik və Azərbaycanın dəstəyi yetərli qədərdir. İndi də analoji oyunu oynayırlar”.