2014-cü ildə Rusiyada yaşayan ermənilər tərəfindən yaradılmış “Arbat” batalyonu dünəndən etibarən Kurskda gedən döyüşlərə qatılıb. Tribunainfo.az xəbər verir ki, Ukrayna ilə döyüşmək üçün cəbhə bölgəsinə yollanan erməni batalyonu sonadək döyüşəcəklərini bildirib.
Batalyonun komandiri deyib ki, onlar “barbarları qovmaq üçün” döyüşürlər.
Xatırladaq ki, “Arbat” batalyonu buna qədər Donbasdakı separatçıları qorumaq üçün Ukraynaya qarşı döyüşüb.