Beynəlxalq Respublika İnstitutu (İRİ) sentyabrın 13-25-də “Brevis” analitik təşkilatının dəstəyi ilə keçirdiyi sorğuların nəticələrini dərc edib. Tribunainfo.az xəbər verir ki, İrəvanda keçirilən sorğuda Ermənistanın 1500 sakini, o cümlədən Qarabağdan köçənlər iştirak edib.
Sorğu iştirakçıları “Türkiyə ilə sərhədlərin açılmasının tərəfdarısınız, yoxsa əleyhinəsiniz?” sualını cavablandırıb. Respondentlərin 56%-i Ermənistan-Türkiyə sərhədinin açılmasının əleyhinədir. Onlardan 46%-i türklərin və azərbaycanlıların sərbəst girişinin təhlükəli vəziyyət yaradacağını bildirib.