backend

Ermənilərin 102 illik yalan tarixi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar ermənilər yenə də fəallaşaraq guya Osmanlı Türkiyəsi tərəfindən 1915-ci ildə ermənilərə qarşı törədilmiş «soyqırım» nəticəsində 1,5 milyon erməninin qətlə yetirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə və s. «faciənin 102 illik tarixini» qabardaraq, Türkiyə və Azərbaycana qarşı şər-böhtan kompaniyası aparır, bu iddianın həqiqət olduğunu dünya ölkələrinə, dünyanın bütün nüfuzlu içtimai-siyasi təşkilatlarına sırımağa çalışırlar. 

Son zamanlar ermənilər yenə də fəallaşaraq guya Osmanlı Türkiyəsi tərəfindən 1915-ci ildə ermənilərə qarşı törədilmiş «soyqırım» nəticəsində 1,5 milyon erməninin qətlə yetirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə və s. «faciənin 102 illik tarixini» qabardaraq, Türkiyə və Azərbaycana qarşı şər-böhtan kompaniyası aparır, bu iddianın həqiqət olduğunu dünya ölkələrinə, dünyanın bütün nüfuzlu içtimai-siyasi təşkilatlarına sırımağa çalışırlar.

Onlar qondarma soyqırımının 102 illiyi adlı altında xarici ölkələrdə yuva salmış terrorçu erməni quldurlarından pul-para qoparmaqla yanaşı, erməniləri Türkiyədən qisas almağa, torpaq və təzminat tələb etməyə çağırırlar. Əslində isə 1915-ci ildə Yaxın Şərq və Cənubi Qafqazda heç 1,5 milyon erməni yaşamamışdır. Qeyd edək ki, ermənilərin soyqırımına məruz qalmaları haqqında dünya dövlətlərinin arxivlərində heç bir tarixi sənəd yoxdur. Türkiyə dövləti bu illər ərzində dəfələrlə arxiv sənədlərinin araşdırılması, faktların ortaya çıxarılması barədə erməni dövlətinə müraciət etsə də, onlar bu məsələ ilə bağlı həqiqətdən yayınmaq mövqeyi tutmuşlar. Əslində isə, I Dünya müharibəsi illərində, xüsusən 1915-ci ildə Osmanlı Türkiyəsi Antanta dövlətləri ilə müharibədə ölüm-dirim mücadiləsi apararkən Bizans, Roma və s. imperatorluqlarından satqınlığa, xəyanətə görə qovulmuş ermənilər sonuncu sığınacaq yerləri olan Osmanlı imperiyasına da xəyanət etdilər. Onlar rus qoşunlarının tərkibində «Böyük Ermənistan» yaratmaq xülyasına düşərək Türkiyə torpaqlarında kütləvi qırğınlar, yüzlərlə şəhər və kəndlərdə soyqırımları törətdilər. Ermənilərin bu xəyanətini görən Osmanlı imperiyası onlar Türkiyənin içəri torpaqlarından Şərqi Anadoluya köçürməyə məcbur oldu. Rus yazışısı Yakov İliçov «Türkiyə karvanı» tarixi romanında göstərir ki, 1924-cü ildə Frunzenin rəhbərliyi ilə (V.İ.Leninin göstərişi ilə) Türkiyəyə yardım karvanını təhvil verib qayıdarkən M.K.Atatürk özünün şəxsən himayə edərək qoruyub-saxladığı 300 min ermənini də özləri ilə Şərqi Anadoluya aparmağı xahiş etmiş, onlara mühafizə dəstəsi də ayırmışdır. Tarixi mənbələri araşdırsaq görərik ki, I Dünya müharibəsi dövründə, sonralar türklərə və müsəlmanlara qarşı əsl terror aktları və soyqırımları erməni quldur dəstələri tərəfindən törədilmişdir. Ermənilərin uydurduqları qondarma erməni soyqırımı cəfəngiyyat və saxtakarlıqlardan başqa bir şey deyildir.

Ermənilərin saxtakarlıqlarından söz açan U.Çörçil yazırdı ki, ermənilərin fırıldaqçılıqdan, saxtakarlıqdan və günahsız adamları qırmaqdan başqa heç bir silahı yoxdur. Onların bu silahı bu gün də öz işini görməkdədir. Ermənilərin necə saxtakar bir xalq olması haqqında rus yazıçısı A.S.Puşkin, alman səyyahı Alfred Karte, İ.Çavçavadze, Korneli Tatsis, V.Veldişko, Qriboyedov, Nekrasov və s. kimi dünyada tanınmış şəxsiyyətlər də öz fikirlərini bildirmişlər. Ermənilər daim Rus imperiyası tərəfindən himayə edilmişdir.

1724-cü ildə rus çarı I Pyotr ermənilərin çar Rusiyasının himayəsi altına alınması haqqında fərman imzalamışdır. 1768-ci ildə II Yekaterina ermənilərə Rusiyanın himayəsində hər cür səlahiyyətlərin verilməsi haqqında fərman imzalamışdır. 1769-cu ildə isə erməni millətçisi Movses Safaryanın tərtib etdiyi «Ermənilərin Azadlıq Proqramı» rus hakimiyyət orqanları tərəfindən qəbul edilmişdir (proqramda zorakılıq yolu ilə erməni dövləti yaratmaq ideyaları təbliğ olunurdu). 1802-ci ildə çar I Aleksandr ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi və onlardan istifadə edilməsi haqqında yazılı göstəriş vermiş və bu işdə katolik kilsələrindən istifadə edilməsini vacib sayırdı.

1804-cü ildə İrəvan xanlığını işğal etmək və erməni dövləti yaratmaq məqsədilə rus qoşunları erməni quldur dəstələri ilə birlikdə İrəvan xanlığına birinci yürüş etmiş, lakin məğlub olaraq geri çəkilməyə məcbur olmuşdur. 1808-ci ildə rus qoşunları erməni quldur dəstələri ilə birlikdə yenidən İrəvan xanlığına yürüş etmiş, lakin növbəti dəfə məğlub olaraq geri çəkilmişdir.

1827-ci ildə rus qoşunları erməni quldurları ilə birlikdə İrəvan xanlığına üçüncü yürüş etmiş və İrəvan xanlığını işğal etmişlər.

1828-ci ildə mart ayının 21-də İrəvan və Naxçıvan xanlıqlarının inzibati ərazisində «müvəqqəti erməni vilayəti» yaradılmışdır. «Müvəqqəti erməni vilayəti»ni dövlət kimi formalaşdırmaq üçün bir sıra addımlar atılmış, həmçinin 1828-1988-ci illər arasında İrəvan xanlığı ərazisindən – Qərbi Azərbaycandan 3 milyondan çox yerli əhali dədə-baba yurdlarından qovularaq çıxarılmış və bu torpaqlara xarici ölkələrdən 1,5 milyona yaxın erməni köçürülmüş, İrəvan xanlığını ərazisindən qondarma Ermənistan Respublikası yaradılmışdır.

Ermənilərin Azərbaycanda, Tükriyədə törətdikləri cinayətlər – soyqırımları, terrorçuluq, vandalizm barədə hansı tarixi faktlar məlumdur?

Ermənilərin qondarma soyqırımı iddiası cəfəngiyyatdan başqa bir şey deyildir. Lakin olanların çar Rusiyasının avadanlığı ilə türklərə, azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlərin – soyqırımlarının, terror aktlarının, vandalizmin və s. dünyada misli-bərabəri olmamışdır. Gəlin bu cinayətlərin bir hissəsinin tarixi xronologiyasına nəzər salaq:

– 1827-1828-ci illərdə ruslar, erməni quldur dəstələri ilə, İrəvan qalasını işğal etmiş və şəhərdə «qayda-qanun» yaratmaq ermənilərə tapşırılmışdır. Onlar 70 mindən çox şəhər əhalisini qətlə yetirdilər, əsir düşmüş qala müdafiəçilərini, Cənubi Azərbaycandan köməyə gəlmiş sərbazları (əsgərləri) və yaralıları qala meydanında tonqala ataraq diri-diri yandırdılar.

– XIX əsrin II yarısında rus-türk müharibələri zamanı Türkiyənin məğlubiyyətindən sonra ermənilər rusların köməyi ilə Türkiyənin ayrı-ayrı vilayətlərində, Zeytunda (1829, 1862, 1878, 1884-cü illər), Sasunda (1880), Vanda (1886) və digər şəhərlərdə soyqırımları törətmiş, yüz minlərlə dinc əhalini qətlə yetirmişlər.

– 1905-1907-ci illərdə ermənilər rus kazaklarının köməyi ilə Naxçıvanda, Gəncədə, Bakıda, Qarabağda, Qazax qəzasında, Zəngəzurda, Göyçə gölü ətrafında, Mehridə və digər bölgələrdə mülki əhaliyə qarşı soyqırımları törədərək 150 mindən çox azərbaycan türkünü qətlə yetirdilər.

Bu illərin qanlı faciəsi yazıçı Mir Möhsün Nəvvabın «Erməni – müsəlman davası» tarixi kitabında, M.S.Ordubadinin «Qanlı illər» əsərində və Cahangir Zeynalovun «Müxtəsər Azərbaycan tarixi» elmi-publisistik əsərində geniş şəkildə öz əksini tapmışdır.

Bütün bu kimi vəhşiliklərə, soyqırımlara rəvac verən 1887-ci ildə Cenevrədə yaradılmış qatı millətçi «Hnçaq» (zəng) partiyası, 1890-cı ildə Tiflisdə yaradılmış millətçi-terrorçu «Daşnaksütyun» (ittifaq) partiyası, 1974-cü ildə Parisdə yaradılmış ASALA terror təşkilatı, 1995-ci ildə Nyu-Yorkda yaradılmış «Erməni vətənpərvər ittifaqı», «Hamkavar», «Drosak» (bayraq) və başqa millətçi-terrorçu təşkilatları bu gün də, «Böyük Ermənistan» dövləti yaratmaq yolunda hər cür qeyri-insani vasitələrdən istifadə etməkdədirlər.

– 1914-1920-ci illərdə, əvvəllər çar Rusiyasının, sonralar isə bolşeviklərin köməyinə arxalanan ermənilər müxtəlif illərdə Azərbaycanda və Türkiyədə olmazın vəhşiliklər törətmiş, 200 mindən çox türk-müsəlman əhalini qətlə yetirmişlər. 1918-1920-ci illərdə Qərbi Azərbaycanın İrəvan, Göyçə, Ağbaba, Vedibasar, Zəngibasar, Dərələyəz, Zəngəzur və başqa mahallarında quldurbaşı Andranik Ozanyanın erməni quldur dəstələri əhalinin tam yarısını qətlə yetirmişlər.

1914-cü ildə bütün ermənilərin katalikosu Vartan Gevorkov rus çarı I Nikolaya müraciət edərək bildirirdi ki, ermənilər çarın sadiq oğullarıdır, onlar xahiş edirlər ki, Türkiyə ərazisində yaşayan erməni qardaşlarımızın əzablarına son qoysun. Həmin il kilsə tərəfindən 10.000 nəfərdən ibarət silahlı erməni dəstələri yaradılaraq Türkiyənin şərq vilayətlərini zəbt etmək üçün türk torpaqlarına soxuldular. Onlar Türkiyədə yaşayan erməni əhalisi ilə birləşərək yerli əhaliyə divan tutdular. Təkcə I Dünya müharibəsi dövründə 2 milyona yaxın mülki əhali erməni quldur dəstələri tərəfindən qətlə yetirilmişdir;

– 1918-1920-ci illərdə Bakıda, Qubada, Şamaxıda, Göyçayda, Cənubi Azərbaycanda və digər bölgələrdə kütləvi qırğınlar törədilmiş, 500 mindən çox mülki əhalinin həyatına son qoyulmuşdur.

– 1948-1953-cü illərdə tarixi Azərbaycan torpaqları olan, indiki Ermənistan ərazisində ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə prosesi həyata keçirildi. 100 minə yaxın azərbaycanlı deportasiyaya məruz qaldı. İqlim və yaşayış tərzinə uyğunlaıa bilməyən bu mülki əhalinin çoxu həyatını itirdi.

1988-1990-cı illərdə SSRİ rəhbərliyin havadarlığından istifadə edən ermənilər (indiki Ermənistanda) yaşayan son 250 min azərbaycanlını dədə-baba yurdlarından zorla qovub çıxartdılar. Yüzlərlə azərbaycanlı qətlə yetirildi. Ümumilikdə, 1828-1988-ci illər arasında işğalçı siyasət nəticəsində İrəvan xanlığının inzibati ərazisi işğal edilmiş, 3 milyondan çox əhali öz dədə-baba yurdlarından çıxarılmış, 1 milyondan çox əhali soyqırımına məruz qalmışdır. 1986-cı ildə Yunanıstanın Afina şəhərində Z.Balayanın və S.Kaputikyanın iştirak etdiyi Erməni Milli Konqresinin yığıncağında Türkiyə ilə «haqq-hesab» məsələsinin sonraya saxlanılması, Ermənistandan bütün azərbaycanlıların qovulması və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi qərara alındı.

Bu qərardan sonra Dağlıq Qarabağ və onun ətraf bölgələrində törədilmiş qanlı cinayətlər tarixi keçmiş deyil, bugünki reallıqdır. Onlarn Xocalıda,Qaradağlıda, Ağdabanda və digər yaşayış məntəqələrində törətdikləri soyqırımlar, qətliamlar tarixin səhifəsindən heç vaxt silinməyəcəkdir. Bu illər ərzində Dağlıq Qarabağ və onun ətraf rayonlarında minlərlə dinc əhali qətlə yetirilmişdir.

Ermənistan bu gün də qondarma erməni soyqırımı cəfəngiyyatını gündəmdə saxlayaraq işğalçılıq siyasətini davam etdirməkdədir. Onların qarşısını yalnız bir yolla – müharibə yolu ilə Qarabağ və İrəvan xanlığı torpaqlarını azad edərək tarixi ədaləti bərpa etmək olar.