Ermənilərə işləyən cəsusdan Pezeşkiana sərt sözlər: “O, yeni gəlmiş əclafdır”

Ermənilərə işləyən cəsusdan Pezeşkiana sərt sözlər: “O, yeni gəlmiş əclafdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

I Qarabağ savaşında Azərbaycanda “hərbi məsləhətçi” işləmiş, 1994-cü ildə Ermənistana cəsusluq etdiyinə görə ölkədən qovulmuş SEPAH-ın keçmiş rəsmisi Mansur Həqiqətpur İran prezidenti Məsur Pezeşkianın Azərbaycanla bağlı dedikləri fikirlərə görə, onu sərt tənqid edib.

Tribunainfo.az xəbər verir ki, o, özünün sosial şəbəkə hesabında İran prezidentini “əclaf” adlandırıb.

Həqiqətpur yazıb: “Pezeşkian yeni gəlmiş siyasi əclafdır. Onun Azərbaycanla bağlı açıqlamaları İrana baha başa gəlib və İranı İlham Əliyevə borclu edib!”

Qeyd edək ki, Azərbaycanda olarkən Ermənistana cəsusluq etdiyinə görə, ölkədən qovylan Həqiqətpur qatı Anti-Azərbaycan qrupunun üzvlərindədir. O hətta Azərbaycanı Respublika kimi deyil, “Badikübə” adlandırılmasını təklf edənlərdəndir.

Fərda Uğur