“ERMƏNİLƏRƏ APREL DÖYÜŞÜ DƏRS OLMADI”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənilərin dünən törətdikləri təxribat kimi hallar illərdir ki, Azərbaycana qarşı törədilir”. 

“Ermənilərin dünən törətdikləri təxribat kimi hallar illərdir ki, Azərbaycana qarşı törədilir”.


Bu sözləri TİA.AZ-a politoloq Zaur Məmmədov dünən gecə baş verən erməni təxribatına münasibət bildirərkən deyib:

“Bəziləri deyirlər ki, ATƏT-in Minsk qrupunun həmsədrləri regionu yeni tərk ediblər, gələn həftə XİN başçılarının görüşü ərəfəsində ermənilər niyə belə etdilər? Bilirsiz, dünən 2 yaşlı Azərbaycan körpəsi öldürülübdür. Elə bilirsiz ATƏT və ya həmsədr ölkələr buna görə ermeniləri pisləyəcəklər? Xeyr, bu baş verməyəcək. Ermənilərə aprel döyüşləri dərs olmadı. Dünənki təxribatın arxasında müəyyən güclərin Bakıya təzyiqi dayanır”.

Politoloq deyir ki, müharibə hər an başlaya bilər: ”Təxribat da ola bilər, əvvəlcədən qərarlaşdırılmiş hərbi əməliyyatlara başlamaq da. Lokal əməliyyatların olacağı ehtimalı böyükdür”.


İlahə