Ermənilərdən  növbəti təxribat

Ermənilərdən növbəti təxribat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Demarkasiya ilə Azərbaycan qoşunları Cermukun (İstisu- red) işğal olunmuş ərazilərini tərk edəcəklər”.

Tribunainfo.az-ın xəbərinə görə, bunu Ermənistanın Vayots Dzor vilayətinin qubernatoru Vaaqn Arsenyan deyib. O, bundan əvvəl Cermuk şəhərinin meri vəzifəsini tutub. Erməni mediası iddia edir ki, bu ilin iyulun 26-da Azərbaycan Cermuk ərazisində mövqeləri tutub. Bu cür uydurma xəbərlərin arxasında duran əsas motiv Ermənistan cəmiyyətində süni panika yaratmaq və daxili auditoriyanı səfərbər etməkdir.

Ermənistan Müdafiə Nazirliyi avqustun 15-də Azərbaycan Ordusunun Cermuk istiqamətində irəliləməsi ilə bağlı yayılan iddiaları təkzib edib.

 

Roman