Ermənilər iki il əvvəl ermənilərin səhlənkarlığı nəticəsində Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışla bağlı yeni iddialar ortaya atıblar.
Tribunainfo.az xəbər verir ki, həmin olayın Qarabağdan köçən könüllü ermənilərin alışdırıcı vasitələrdən istifadə etməsi nəticəsində baş verdiyi hələ o dönəmdə dəqiqləşmişdi.
Lakin indi ermənilər başqa iddiadadırlar. Vəkil Tatevik Soqoyan “Jamanak” qəzetinə açıqlamasında deyib ki, guya, iki il öncə Xankəndi yaxınlığında yanacaqdoldurma stansiyasında baş verən hadisə zamanı bəzi ermənilər müəmmalı şəkildə yoxa çıxıb. “Həmin vaxt azərbaycanlılar öz maşınları ilə erməniləri yerindəcə təxliyyə ediblər. Onların hara aparıldığı bu gün də bilinmir”.
Maraqlıdır ki, özünü vəkil sayan bu adam bu məlumatların şayələrə əsasən dilə gətirdiyini bildirib. Yəni, nə dəlil, nə sübüt var. Fakt da yoxdur, amma şayələrə əsaslanaraq bu iddia ilə çıxış etmək vəkillik yox, qeybətçillikdir.
Fərda Uğur