Ermənilər zaman içində Azərbaycan və onun liderləri haqqında bəzən etiraflar edirlər. Bu etiraflar əsasən ölkə quruculuğu və xalqın ideoloji cəhətdən necə silahlandırıldığını ehtiva edir. Tribunainfo.az xəbər verir ki, bu səpkidə olan etiraflardan biri də qatı Azərbaycan əleyhidarı olan siyasi fəal Eduard Abramyandan gəlib.
O, mərhum Prezident, Ümummilli Lider Heydər Əliyevin haqqında danışaraq, onu Azərbaycan xalqı üçün böyük bir şəxsiyyət olduğunu qeyd edib. “Heydər Əliyevin xalqı üçün böyüklüyü ondadır ki, o, öz dövlətinin təməlində qalib sistem matrisini yaradıb. Özünü təmin edən şəxsiyyətə, bir faktor kimi millətin güclənməsinə və təsirinə səbəb olacaq aydın şəkildə nəzərə çarpan kollektiv baxışa və bu vizyona xidmət etmək üçün uyğunlaşdırılmış funksional sistemə malik olduqda qalib gəlirsən”.