ERMƏNİLƏRDƏN DAHA BİR XOCALI TƏXRİBATI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni separatçıları təkmotorlu təyyarələr vasitəsilə işğal altındakı Xocalı hava limanından Şuşaya hava reysləri təşkil etmək istəyirlər, adını da “ekstremalturizm” qoyublar. Bu təxribatdır. 

 Erməni separatçıları təkmotorlu təyyarələr vasitəsilə işğal altındakı Xocalı hava limanından Şuşaya hava reysləri təşkil etmək istəyirlər, adını da “ekstremalturizm” qoyublar. Bu təxribatdır.

TİA.AZ xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu öz facebook səhifəsində yazıb. Siyasi şərhçi bildirib ki, ermənilər Xocalıhava limanını neçə il əvvəl təmir etsələr, zəruri avadanlıqlar yerləşdirsələr də, uçuşlara başlaya bilmirlər:

“Çünki bilirlər ki, həmin təyyarələr Azərbaycan hava qüvvələri və ya raket kompleksləri tərəfindən vurulacaq. Beynəlxalq Aviasiya Təşkilatı da bu məsələdə Azərbaycanın haqlı mövqeyini müdafiə edərək Dağlıq Qarabağın hava məkanının Azərbaycana aid olduğunu vəicazəsiz uçuşların həyata keçirilə bilməyəcəyini bildirib.

Buna baxmayaraq, separatçıların yanlarındakı hazır hava limanından istifadə edəbilməmələri onları əsəbləşdirir, nəsə yol axtarırlar ki, hansısa uçuşlar həyata keçirsinlər. Azərbaycan XİN dərhal açıqlama verməli, Şuşaya istiqamətlənən istənilən təyyarənin Azərbaycanın hava məkanını pozması anlamı daşıyacağını vəbunun qarşısının müvafiq tədbirlərlə alınacağı vurğulanmalıdır. Təyyarə reyslərinə “ekstremal turizmlə” başlayacaqlar, sonra Xocalıdan İrəvana uçacaqlar, bir sözlə, ardı gələcək. Buna yol vermək olmaz!”


İlahə