Ermənilərdən daha bir nağıllar aləminə səyahət: “Biz Qarabağda döyüşmədik”

Ermənilərdən daha bir nağıllar aləminə səyahət: “Biz Qarabağda döyüşmədik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda 44 günlük Vətən Müharibəsi mövzusu gündəm olaraq qalır. Tribunainfo.az xəbər verir ki, bir çox ermənilər o fikirdədilər ki, əgər döyüşsəydilər Qarabağı yenə işğalda saxlaya bilərdilər.

Bu fikirdə olan erməni siyasətçilərindən biri Sarik Minasyan iddia edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağı təslim etməyib. O deyib: “Paşinyan Qarabağı təslim etmədi, biz döyüşmədik. Biz hamımız mübarizə aparmalı idik”.

Əslində, Ermənistan açıq şəkildə Azərbaycana qarşı döyüşürdü və müharibədə məlub da oldu. Lakin bu gün onu etiraf edə bilmirlər. Çünki bu məsələdə özlərini “haqlı” çıxarmağa çalışır və cəmiyyətə ənənəvi yalanlarını yeritməyə cəhd edirlər.

Fakt isə odur ki, Azərbaycan Ordusu 44 gün ərzində təkcə Ermənistanı deyil, onun havadarlarını və Qarabağdakı separatçıları da məğlub edib.