Ermənilər Xankəndiyə qayıda bilərmi?backend

Ermənilər Xankəndiyə qayıda bilərmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər ermənilər Qarabağ məsələsini yenidən aktuallaşdıraraq, əsasən geri qayıdış məsələsini qabardırlar. Bu prosesdə təkcə erməni diasporu deyil, eyni zamanda müxalifət, eləcə də Ermənistan hakimiyyəti də aktiv rol alırlar. Tribunainfo.az xəbər verir ki, son bir ayda bu mövzuda ermənilər onlarla tədbir keçiriblər.
Qeyd edək ki, Qarabağdan könüllü köçmüş ermənilərin geri qayıtması məsələsinə fərqli yanaşanlar da var. Məsələn, politoloq Suren Surenyants bunun asan məsələ olmadığını və bir neçə halda baş verməsini bildirir. Tribunainfo.az xəbər verir ki, o, açıqlamasında ermənilərin Qarabağa qayıtması üçün 3 şərtin olmasını əsas hesab edib. “Birinci: müharibə baş versə və Qarabağ yenidən bizim nəzarətimizə keçsə. Bu, bəlkə də, hazırda fantaziya janrındandır. Hətta indiki məqamda müzakirəsi belə real deyil”.
O, ikinci amil kimi, beynəlxalq zəmanətlər verilməsi ilə ermənilərin geri qayıtmasını mümkün hesab edir. “Amma bu gün heç bir beynəlxalq zəmanət işləyə bilməz. Çünki dünya turbulentdədir. Üstəlik, Qarabağ məsələsində istənilən zəmanətin işləyə biləcəyini düşünmək çox sadəlövhlük olardı”.
Surenyants üçüncü amil kimi isə Azərbaycanın zəmanəti altında Qarabağa köçmək məsələsini qeyd edib. Amma bunun da inandırıcı olmadığını vurğulayıb. “Əgər Azərbaycan zəmanət verərəsə, geri dönüş ola bilər. Lakin ermənilər Azərbaycanın təminatına inansaydılar, Qarabağdan çıxmazdılar”.