Ermənilər Xankəndi-Xəlfəli yolu ilə yenə silah daşıdı – Video

Ermənilər Xankəndi-Xəlfəli yolu ilə yenə silah daşıdı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlı kontingentinin müşayiəti altında növbəti dəfə Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə ermənilərin döyüş mövqelərinə təminat vasitələri daşınır.

Tribunainfo.az Ordu.az-a istinadən  xəbər verir ki, onların hərəkəti bölmələrimizin texniki müşahidə vasitələri ilə qeydə alınıb.

Videogörüntüdə Rusiya sülhməramlı kontingentinə məxsus döyüş maşınının müşayiəti altında ermənilərin döyüş mövqelərinə təminat vasitələrinin daşınması aydın müşahidə olunur.