Şuşanın separatçılardan yeni azad edilmiş Malıbəyli kəndinin daha bir görüntüsü yayılıb.
Tribunainfo.az xəbər verir ki, kənddəki məşhur Novlu bulaq erməni işğalından sonra baxımsız vəziyyətə düşüb. Ermənilərin bulağın üzərində sonradan yapışdırdıqları xaçlar da diqqət çəkib.
Qeyd edək ki, sözügedən bulaq 1880-ci ildə inşa edilib. Bulağın açılışını Xan qızı Natəvan edib. Natəvanın təklifi ilə bulağa Novlu bulaq adı verilib.