Ermənistanı təmsil edən hakimlər UEFA Avropa Konfrans Liqasının seçmə mərhələsinin oyunlarını idarə edəcəklər.
Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, iyulun 27-də Çexiyanın Plzen şəhərindəki “Dusan Arena”da UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin “Pilsen” (Çexiya) – “Drita” (Kosovo) komandaları arasında ilk oyun keçiriləcək.
Matçın baş hakimi Henrik Nalbandyan, köməkçi hakimlər Mesrop Qazaryan və Xaçatur Hovhannisyan təyin edilib.
Həmin gün Macarıstanın paytaxtı Budapeştdəki “Groupama Arena”da UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin “Ferensvaros” (Macarıstan) və “Şemrok Rovers” (İrlandiya) komandaları arasında ilk oyun keçiriləcək.
Matçın baş hakimi Aşot Qaltaxçyan təyin edilib. Artur Qdlyan və Sarqis Hovhannisyan köməkçi hakim, Zaven Hovhannisyan dördüncü hakim funksiyasını yerinə yetirəcək.