ABŞ-da yaşayan erməni porno ulduz Kim Kardaşyan Donald Trampın qaçqınların Amerikaya qəbulunun müvəqqəti dayandırılması haqda qərarını tənqid edib.
ABŞ-da yaşayan erməni porno ulduz Kim Kardaşyan Donald Trampın qaçqınların Amerikaya qəbulunun müvəqqəti dayandırılması haqda qərarını tənqid edib.
TİA.AZ xəbər verir ki, Kardaşyan “Twitter” hesabında ABŞ-dakı cinayətkarlığın statistikasını paylaşıb. O, bununla Trampa bildirmək istəyib ki, Amerikada qətlləri daha çox gəlmələr yox, amerikalıların özləri törədir.
Kardaşyanın bu paylaşımı isə Trampın tərəfdarları tərəfindən sərt qarşılanıb.
Onlar erməni porno ulduzu Trampa qarşı qərəzli olmaqda ittiham ediblər. Hətta bəzi istifadəçilər Kardaşyanın prezident seçiləndən sonra Trampla görüşmək cəhdlərinin baş tutmadığına görə belə status yazdığını deyib. Ən diqqət çəkən məqam isə Kardaşyanın Trampla erməni diasporunun arzusuna görə görüşmək istəyi haqda deyilənlərdir.
Qeyd edək ki, ABŞ-dakı erməni lobbisinin prezident seçiləndən sonra D.Trampla görüşmək cəhdləri hələ ki, baş tutmur. Onlar bunun üçün bütün oyunlardan çıxırlar desək, yalan olmaz. ABŞ-da “California Currier” qəzetinin redaktoru Arut Sasunyan deyir ki, erməni lobbisinin bu günə qədər Trampla görüşmək təşəbbüsləri nəticəsiz qalıb: “Buna görə də Trampın Ermənistanla bağlı planları müəmmalı olaraq qalır”.
“1in.am” saytı da yazır ki, ABŞ-dakı erməni təşkilatları Trampla görüşərək, onun Ermənistan və Dağlıq Qarabağla bağlı mövqeyini anlamaq istəyir.
“Lakin onunla görüşmək cəhdləri alt-üst olur. Trampın inaqurasiyasından sonra onun erməni nümayəndələrini qəbul edəcəyi ehtimalı da kiçikdir. Belə demək mümkünsə, gələn kimi qapıları bağlayıb. Bizim yeganə ümidimiz odur ki, Trampın prezidentliyi dövründə Qarabağda sülh olacaq. Əks təqdirdə, Ermənistan üçün yaxşı gələcək görünmür”, – deyə qəzet yazıb.
Bu informasiyalar fonunda K.Kardaşyanın Trampa görüşmək istəyi və bunun baş tutmamasından sonra onun siyasətini tənqid etməsi diqqət çəkir. Hesab etmək olar ki, ermənilər Trampın onları qəbul etməsi üçün ən sonuncu varianta əl ataraq, porno ulduzu yeni prezidentin yanına göndəriblər. Obama administrasiyasında güclü lobbi dəstəyinə malik olan ermənilər Trampın gəlişi ilə bundan məhrum olublar. Onların əsas məqsədi Kardaşyan vasitəsilə Trampın kabinetinə yol taparaq, Dağlıq Qarabağ məsələsində Ağ Evin yeni administrasiyasının dəstəyini əldə etməkdir. Lakin axırıncı yola əl atmalarına baxmayaraq onların bu arzusu hələ ki gözlərində qalıb.