Noyabrın 13-dən bu yana aparılan axtarışlar nəticəsində döyüş meydanında 828 erməni hərbçisinin cəsədi tapılıb.
TİA.AZ Yenisabah-a istinadən xəbər verir ki, bu barədə Qarabağdakı qondarma rejimin “Fövqəladə Hallar Xidməti”nin sözçüsü Hunan Tadevosyan bildirib.
Xatırladaq ki, erməni silahlıları Hadrut və Şuşa istiqamətində atəşkəsi pozub. Azərbaycan tərəfinin keçirdiyi anti-terror əməliyyatı nəticəsində silahlılar geri oturdulub.