Ermənistan demarkasiya olunmuş Azərbaycanla sərhəddə tikanlı məftillər çəkməyə başlayıb. Tribunainfo.az xəbər verir ki, dünəndən etibarən Qazaxın geri qaytarılan 4 kəndi istiqamətində prosesə start verilib.
Ermənistanın baş naziri Nikol Paşinyan isə dünən Zəngəzura etdiyi səfəri zamanı deyib ki, proses təkcə Tavuş istiqaməti ilə yekunlaşmayacaq. O bildirib ki, Azərbaycanla sərhəd demarkasiyası başa çatdıqdan sonra bütün sərhəd boyu tikanlı məftillər çəkiləcək. “Bunu ona görə edirik ki, həm konkret olaraq sərhədlərimiz müəyyən olunur. Həm də gələcəkdə nə adam, nə də inəklər Azərbaycan tərəfinə keçməsin”.