Ermənilər rus dilindən imtina etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin spikeri Ara Babloyan rusiyalı həmkarı Vyaçeslav Volodinin rus dilini dövlət dili kimi təsbit olunması ilə bağlı təklifini rədd edib.  

Ermənistan parlamentinin spikeri Ara Babloyan rusiyalı həmkarı Vyaçeslav Volodinin rus dilini dövlət dili kimi təsbit olunması ilə bağlı təklifini rədd edib. 

Bu barədə AzVision.azerməni KİV-nə istinadən xəbər verir.

Qeyd edək ki, ötən gün Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ermənistan hakimiyyətinə respublika qanunvericiliyində rus dili üçün rəsmi statusun verilməsini təklif edib.

Volodin qeyd edib ki, bu, milli sürücülük vəsiqələrinin Rusiya ərazisində tanınmasına yardım edəcək.

“Yalnız onu deyə bilərəm ki, rus dilini rəsmi dil olaraq qanunvericilikdə təsbit edin, o zaman qanun norması avtomatik Ermənistan Respublikasını da əhatə edəcək”, – Volodin Ermənistan Milli Məclisinin sədri Ara Babloyan ilə görüşü zamanı bildirib.

Qeyd edək ki, 2017-ci il iyunun 1-dən Rusiyada xarici sürücülük vəsiqələri ilə sürücülərə ölkə ərazisində fəaliyyət göstərməyi qadağan edən qanun qüvvəyə minib.