ERMƏNİLƏR QORXUDA-TÜRKİYƏ KRIM VƏ ABXAZİYANI ÖZÜNƏ BİRLƏŞDİRƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın “komandos” ləqəbli general-mayoru Arkadiy Ter-Tadevosyan iki gün önncə müsahibəsində erməni mətbuatına olduqca gülünc bir açıqlama verib.
 Ermənistanın “komandos” ləqəbli general-mayoru Arkadiy Ter-Tadevosyan iki gün önncə müsahibəsində erməni mətbuatına olduqca gülünc bir açıqlama verib. Onun sözlərinə görə hazırda Türkiyə Krım və Abxaziyanı özünə birləşdirməyə hazırlaşır. Əslində erməni hərbçinin Rusiya və Türkiyə münasibətlərinin yaxşılaşmasından qorxuya düşdüyü hiss olunur: “600 ildir ki, Türkiyə istənilən şəraitdən çıxa bilir.Onlar indi Rusiya ilə münasibətləri yaxşılaşdıra bildi. Lakın sabah Amerika ilə yaxınlaşa bilərlər. Onlar savadlı diplomatik siyasət yürüdür. Rusiya isə hələ siyasəti öyrənməlidir. Təəssüf ki,  ruslar türklərlə yaxınlaşdı.
 

”Maraqlıdır,  Türkiyə Krım və Abxaziyanı özünə birləşdirə bilərmi? Bu suala  politoloq Nəzakət Məmmədova cavab verdi. TİA.AZ-a açıqlama verən politoloqun fikrinə görə bu mümkün deyil: “Doğrusu, mən nə real, nə də nəzəri olaraq fikirləşmirəm ki, Türkiyə Krım və ya Abxaziyanı özünə birləşdirə bilər. Nə hazırkı geosiyasi situasiya, nə də mövcud beynəlxalq hüquq buna imkan vermir. Doğrudur, tarixən bu ərazilər müəyyən müddət Osmanlı imperiyasının nəzarəti altında olmuşlar. Lakin Osmanlı – Rusiya müharibələrində türklərin məğlub olması həmin ərazilərin rusların tabeçiliyinə keçməsinə səbəb olub. Türkiyənin bu iki ərazi üzərində təsiri indi var. Türkiyədə çox güclü abxaz diasporu var. Osmanlı tarixində çox nüfuzlu dövlət adamları olub ki, onlar abxaz əsilli olublar. İndi də var. Lakin Abxaziya çar və sovet imperiyalarının tərkibində olub, hazırda da Rusiyanın tam nəzarəti altındadır.Hətta Rusiya onun müstəqilliyini tanıyıb, hər cür yardım göstərir. Abxazlar Rusiya pasportu daşıyır, pul vahidi kimi rus rublu dan istifadə edirlər. Ölkə rus turistlərin sən gələn gəlir hesabına dolanır.Sovet dövründəki gürcü hakimiyyəti artıq 1992-ci ildən başa çatıb və bu ərazi de-fakto Rusiyanın nüfuz dairəsinə daxildir.

Onun Türkiyəyə birləşməsi qeyri-mümkündür.Krım da eynilə Osmanlı ərazisi olsa da, sonradan Rusiyaya keçib. Baxmayaraq ki, burada yaşayan əhalinin kökü türklərlə eynidir. Krım əsrlər boyunca Osmanlıdan vassal asılılığına olub. Hətta o dövrdə belə bir qayda var idi ki, əgər Osmanlı sülaləsində müəyyən səbəblərdən varis qalmazsa, Osmanlı dövlətinin başına Krım xanları keçməli idi.Bu gün də Krım əhalisi üzərində Rusiyadan daha çox, Türkiyənin təsiri var desək, yanılmarıq.
 
Rusiya sadəcə olaraq, hesab edir ki, həm Abxaziyanı, həm Krımı Osmanlıdan o alıb, sovet dönəmində Gürcüstana və Ukraynaya verib, indi də bu ölkələr Qərbpərəst mövqe tutaraq Rusiyaya tabe olmadıqları üçün onlara verilən torpaqları da geri verməlidirlər.Bu ərazilər beynəlxalq hüquqa zidd olaraq Gürcüstan və Ukraynadan alınaraq yenidən Rusiyanın nəzarətinə keçib. Baxmayaraq ki, əslində BMT bu əraziləri həmin ölkələrin tərkib hissəsi kimi tanıyıb.Hazırda mübahisə Rusiya-Gurcustan, Rusiya-Ukrayna arasında baş verir. Türkiyənin isə təəssüf ki, bu ərazilərə olan haqqı Osmanlının müxtəlif müharibələrdə Rusiyaya uduzması ilə bitib. Onun yenidən gündəmə gəlməsi mümkün deyil. Lakin Türkiyə dediyimiz kimi, bu əraziləri yüzilliklər boyu idarə etmiş imperiyanın varisi olaraq mövcud nüfuzundan istifadə edərək proseslərə ciddi şəkildə təsir etmək gücünə malikdir.”

NÜŞABƏ
TİA.AZ