ERMƏNİLƏR QƏTƏRDƏN YATIRIM QOPARACAQ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hamı bilir ki, bizim qardaş Türkiyə ilə müttəfiqliyimiz “bir millət iki dövlət” fəlsəfəsinə dayanır. Ermənistanın Rusiya ilə müttəfiqliyi isə, əgər buna müttəfiqlik demək olarsa, “iki millət bir dövlət” prinsipi (Moskva tərəfdən) və prinsipsizliyi (haylar tərəfdən) üzərində qurulub”. 

“Hamı bilir ki, bizim qardaş Türkiyə ilə müttəfiqliyimiz “bir millət iki dövlət” fəlsəfəsinə dayanır. Ermənistanın Rusiya ilə müttəfiqliyi isə, əgər buna müttəfiqlik demək olarsa, “iki millət bir dövlət” prinsipi (Moskva tərəfdən) və prinsipsizliyi (haylar tərəfdən) üzərində qurulub”.

TİA.AZ xəbər verir ki, bu sözləri millət vəkili Sahib Alıyev öz facebook səhifəsində yazıb:

“Yəni, ancaq bir dövlət var, o da Rusiyadır. O biri isə Rusiya Dumasının keçmiş sədri Boris Qrızlovun da dediyi kimi forpostdur.

Ona görə də Ermənistanın xarici işlər naziri Edavrd Nalbandyanın Qətərə dünənki səfərinə daha çox bu prizmadan yanaşmaq lazımdır. Nalbandyan Qətərə erməni ekspertlərin özlərinin də bildirdiyi kimi, xarici işlər naziri deyil, elçi statusunda getmişdi. Görünür, Səudiyyə Ərəbistanını çox da qıcıqlandırmamaq üçün Moskva Qətərə dəstəyini bu şəkildə-vassalını qabağa verməklə, göstərməyi üstün tutub. Ancaq burada haylar da öz oyunlarını oynayır və mənfəət əldə edəcəklərini düşnürlər”.
S.Alıyev deyir ki, Pakistanla yanaşı Səudiyyə Ərəbistanı da Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanla heç bir diplomatik əməkdaşlıq qurmayıb:

“Haylar Səudiyyə Ərəbistanı və onun mütəfiqləriylə kəskin qarşıdurma mərhələsində olan Qətərə açıq dəstək sayıla biləcək bu səfərlə bir növ əvəz çıxırlar. İkincisi, yəqin bu fikirdədirlər ki, atdıqları addım müttəfiqləri İranın da xoşuna gələcək. Çünki İranla Səudiyyə ilişgiləri heç zaman indiki qədər pis olmayıb. Üçüncüsü isə,haylar ola bilsin ümid edirlər ki, verilən dəstəyin qarşılığında Qətərdən yatırım qoparacaqlar və bir sıra məhsullarını əlverişli şərtlərlə əmirliyin bazarına çıxaracaqlar”.
Millət vəkilinin fikrincə, bir sıra diplomatik addımlar atılarsa, Ermənistan Qətərə verdiyi dəstəkdən xeyir götürmək əvəzinə, əksinə, bu, onun özünə qarşı çevirilə bilər:

“Hayların Səudiyyə Ərəbistanıyla heç bir əməkdaşlığı olmasa da, onun müttəfiqləri Birləşmiş Ərəb Əmirlikləri və Küveytlə müəyyən gediş-gəlişlər var. Hətta hər iki ərəb dövlətindən yatırım qoparmaq üçün bəzi işlər də görülüb. Səudiyyənin potensialından da yararlanmaqla hər iki ölkədə Nalbandayanın Qətərə səfərinin doğurduğu qıcıqlanma effektini artırmaq və beləliklə də onların Ermənistanla əməkdaşlığının yolunu tam da olmasa, kəsmək mümkündür. Qardaş Türkiyənin hazırda Qətər üzərində necə böyük təsirinin olduğu kimsəyə sirr deyil. Əgər Türkiyə istəsə, Nalbandyanın səfəri orada ancaq Rusiyanın ikinci dərəcəli bir diplomatının səfəri səviyyəsində qiymətləndiriləsidir. Belədə isə haylar Qətərdən nə yatırım alasıdırlar, nə onun bazarına mal çıxarası. Həm də orası da var ki, bu yatırıma Türkiyənin özü də ehtiyac duyur və illərdir ondan uğurla faydalanır”.
Azərbaycanın Səudiyyə-Qətər ziddiyyətlərinə yanaşmada tutduğu mövqeyə gəldikdə isə millət vəkili deyir ki, cənab Prezidentin dəfələrlə vurğuladığı kimi, biz müsəlman dövlətləri arasında ancaq və ancaq həmrəylik tərəfdarıyıq: ”Məzhəb, təriqət fərqliliyindən doğan hər cür qarşıdurmanı rədd edirik və edəcəyik də. Çünki bu bizim təkcə dövlət siyasətimiz deyil, həm də xalq olaraq, yaşam fəlsəfəmiz, həyat tərzimizdir”.

İlahə