ERMƏNİLƏR QARABAĞA SİLAHI BELƏ DAŞIYIR –  VİDEObackend

ERMƏNİLƏR QARABAĞA SİLAHI BELƏ DAŞIYIR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Caliber internet kanalı Ermənistandan Qarabağa silah-sursat və yanacağın aparılmasına dair sübut videosu əldə ediblər. Tribunainfo.az xəbər verir ki, kadrlardan göründüyü kimi, köçürmə gecə-gündüz həyata keçirilir və hər iki istiqamətdə nəqliyyatın hərəkəti müşahidə olunur. Belə ki, əgər ilk saniyələrdə Xankəndidən Ermənistan istiqamətində hərəkət görürüksə, 8-ci və 39-cu saniyələrdə Ermənistandan Xankəndiyə doğru hərəkət edir. 46-cı saniyədən yenə Xankəndidən Ermənistana doğru hərəkət edir.
Üçtərəfli Bəyanata görə, Ermənistanla Azərbaycanın Qarabağ bölgəsi arasında yeganə əlaqə yolu Laçın yoludur və o, mülki yüklərin və mülki şəxslərin daşınmasına xidmət etməlidir. Ermənistan ölkəmizə qarşı təcavüzkar işğalçılıq siyasətindən əl çəkmir, Azərbaycan ərazisindəki erməni silahlı birləşmələrini qaçaqmalçılıq yolu ilə qidalandırmaqda davam edir.