Ermənilər Qarabağ haqda film “Oskar”a göndərdi, amma…

Ermənilər Qarabağ haqda film “Oskar”a göndərdi, amma…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan gələn il Oskar mükafatına təqdim edəcəyi filmi dəyişib. Tribunainfo.az bildirir ki, bu barədə erməni diasporunun əsasa fiqurlarından biri olan Harut Sassounyan məlumat verib.
O deyib ki, həm erməni disaporu, həm də yerli erməni mütəxəssisləri Oskar mükafatı müsabiqəsində Qarabağ haqqında çəkilmiş “1489” adlı filmin nümayişini etmək istəyiblər və onun namizədliyini dəstəkləyirlər. “Tam əminliklə deyə bilməsəm də, bildirim ki, “1489” filminin Oskara getməməsinə birbaşa Ermənistanın baş naziri Nikol Paşinyan göstəriş verib. Görünür, Paşinyan Azərbaycandan çox çəkinir və bu səbəbdən də Qarabağla bağlı filmin belə mötəbər tədbirdə namizəd olmasını istəmir”.
Sassounyan onu da deyib ki, həmin filmin yerinə “Yaşan və Leonid Brejnev” filmini təqdim ediləcək.