Ermənistanın baş naziri Nikol Paşinyanın velosiped sürməsi və veloturlar təşkil etməsi İrəvanda lətifəyə çevrilib. Tribunainfo.az xəbər verir ki, siyasi cameə ilə yanaşı, sıravi ermənilər də baş naziri ələ salırlar.
Onlar deyirlər ki, Azərbaycan davamlı silahlandığı və hərbi təlimlər keçdiyi bir vaxtda Paşinyanın velosiped sevgisi “uzun məqsədlərə” hesablanıb. Ermənilər hətta ələ salmaq məqsədi ilə sosial şəbəkələrdə yazırlar ki, Paşinyan yenicə velosiped sürməyi öyrənib və yaxın gələcəkdə velosipedə silah quraşdırıb, onu Ermənistan ordusunun ixtiyarına verəcək. “Azərbaycan hərbçiləri bu yeni” ixtiranı”, üzərinə silah bağlanmış velosipedi görüb, qorxacaqlar”.