Ermənistan ordusunu komplektləşdirmək üçün bir sıra addımlar atmaq qərarına gəlib. Tribunainfo.az xəbər verir ki, bununla bağlı dünən yerli hökumət qərar da qəbul edib.
Həmin qərara əsasən Ermənistanda milis sistemi yerli müdafiə qüvvələrinin tətbiqi ilə yenidən təşkil ediləcək. Bu məqsədlə milislər təyin edilmiş bölgənin hərbi hissələrinə uyğun formalaşacaq və ordu korpusu tərəfindən əlaqələndiriləcək. Onların yerli müdafiə qüvvələri ilə əvəzlənməsi təklif edilib.
Tribunainfo.az bildirir ki, Ermənistanın müdafiə naziri Suren Papikyan isə parlamentdə çıxışı zamanı bildirib ki, faktiki olaraq canlıq qüvvə və zabit qıtlığı yaşayırlar. O qeyd edib ki, yeni qoşun növlərinin yaradılması zamanı ehtiyatda olanları da cəlb ediblər, lakin problem həllini tapmayıb. “Biz sərhəd, PUA, havadan müdafiə qoşunları yaratmaq fikrindəyik. Lakin ciddi kadr və əsgər çatışmazlığımız var”.