Məlum olduğu kimi, dünən YAP parlamentin buraxılması və yeni növbədənkənar seçkilərin keçirilməsi təklifi ilə çıxış edib. Tribunainfo.az xəbər verir ki, bu gün Milli Məclisin toplanaraq, bununla bağlı qərar verəcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycanda bu il parlament seçkiləri keçirilməliydi. Lakin baş verənlər fonunda ermənilər ciddi şəkildə narahat olmağa başlayıblar. Belə ki, politoloq Mesrop Arakelyan bildirir ki, Azərbaycan 2020-ci ildə də parlament seçkilərini növbədənkənar keçirib. “Həmin vaxt Azərbaycanın niyə tələsdiyi sonradan məlum oldu. Belə ki, Bakı Qarabağda hərbi əməliyyatlara başladı. Lakin 2024-cü ildə seçkilərin qabağa çəkilməsi nə ilə bağlıdır? Bəs, bu dəfə nə baş verəcək? Yəqin, bu dəfə Zəngəzuru almaq üçün tələsirlər və indidən baza yaradırlar”.