Ermənilər indi də “Qarabağ Komitəsi- 2” yaratmaq istəyirlər

Ermənilər indi də “Qarabağ Komitəsi- 2” yaratmaq istəyirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda yenidən Qarabağ məsələsini ortaya ataraq, təxribata qol qoymaq üçün addımlar atılır.

Tribunainfo.az xəbər verir ki, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresinin (AMK) sədr müavini Aram Manukyan olduqca sərsəm bir iddia ilə çıxış edib.

O deyib ki, Qarabağ məsələsini daimi gündəmdə saxlamaq üçün “Qarabağ Komitəsi 2” yaradılmalıdır. “Mübarizəmiz buradan başlamalıdır. Biz dövlətçilik naminə hakimiyyətə can atmayan insanları birləşdirməliyik”.

Xatırladaq ki, Ermənistanda “Qarabağ komitəsi” hərəkatı ilk olaraq 1988-ci ildə yaradılıb. Həmin “komitə” Qarabağda hadisələrin qızışdırıllmasına və etnik separatizmə çevrilməsinə səbəb olmuşdu. Görünür, yenidən analoji addımı atmağa çalışırlar. Lakin bu dəfə onlara Qarabağda kimsə dəstək olmayacaq. Çünki Qarabağda erməni qalmayıb, hamısı könüllü olaraq oranı tərk edib.

Fərda Uğur