ERMƏNİLƏR HƏRBİ XİDMƏTƏ GETMƏK İSTƏMİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 “Ermənistan vətəndaşları son vaxtlar həqiqətən öz övladlarının Dağlıq Qarabağa göndərilməsinə çox etiraz edirlər”. 

 “Ermənistan vətəndaşları son vaxtlar həqiqətən öz övladlarının Dağlıq Qarabağa göndərilməsinə çox etiraz edirlər”.

Bu sözləri TİA.AZ-a politoloq Arzu Nağıyev deyib:

“Ermənilər  övladlarının orduda həlak olmalarını Serj Sarkisyanın yarıtmaz və perspektivsiz siyasəti sayırlar. 2016 -cı ilin aprelindən sonra isə bu məsələ daha da kəskinləşib. Sarkisyanın separatçılara verdiyi müstəqillik sözü yerinə yetmədikcə problem daha da dərinləşir və bu da ictimai-siyasi vəziyyət təsir edir. Bütün bu proseslər məhz oradan qaynaqlanır”.

Qeyd edək ki, “Yelk” fraksiyasından seçilən deputat Sasun Mikayelyan məmur övladlarının hərbi xidmətə getmədiyinə narazılığını bildirərkən deyib ki, məmur övladlarının orduda ya xəstəlik, ya da təhsil bəhanəsilə xidmət etmir. S.Mikayelyan hazırkı rejimin onları qaçqın halına saldığını qeyd edib: “İllər ərzində insanlar ölkəni normal hala gətirməyə cəhd edir, nəticədə fərariyə çevrilirlər. Çoxları qanunsuz həbsxanaya salınır”,- deyə erməni deputat vurğulayıb.

İlahə