Ermənilər Əliyevin səbri ilə oynayırlar – Analitikbackend

Ermənilər Əliyevin səbri ilə oynayırlar – Analitik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əgər Ermənistan 10 noyabr sazişindən öz imzasını geri götürsə, Azərbaycana müharibə variantına getməsi üçün qanuni haqq verəcək”. Tribunainfo.az xəbər verir ki, bunu erməni siyasətçi Vahe Hovvanisyan deyib.
O fikrini belə izah edib ki, Azərbaycan ruslara və digər ölkələrə göstərəcək ki, Ermənistan öz imzasına hörmət etmir. “Ona görə də, müharibədən başqa yol qalmır”.
Erməni siyasətçi hesab edir ki, Prezident İlham Əliyev hələ ki, səbr edir.” İlham Əliyev səbrlə dünyaya göstərir ki, Paşinyan hökumətinin sülh istəyi blefdir. Bunu da Ermənistan hakimiyyətinin heç bir həll yoluna getməməsi ilə izah edir”.
Hovvanisyan başqa bir maraqlı detala toxunub. O qeyd edirki, Azərbaycan yolların açılmasını istəyir. “Amma elə bir vəziyyət yaranıb ki, Qərb yolun bir variantını təklif edir, Rusiya tərəfi başqa variant təklif edir. Lakin indiyə qədər erməni tərəfi ona sərfəli və iki ölkə arasında münaqişə predmeti olmayan variantı təklif etmir. Bu, ona gətirib çıxaracaq ki, bu məsələlər bizsiz, öz ərazimizdə həll olunacaq”.
Erməni siyasətçi İrana hansı halda ümid bağlamağın lazım olub, olmadığına da aydınlıq gətirib. “İran çox ciddi münaqişəyə qarışıb və sizi sona qədər qorumaq üçün onun bu qədər resursu və vaxtı olub-olmayacağı ciddi sualdır. Özünüzü müdafiə etmədiyiniz halda o nə edə bilər?”.
Zəngəzur dəhlizi barədə danışan Hovvanisyan hesab edir ki, Sünik üzərindən kommunikasiyaların açılmasında ciddi problem var. “Ermənistan hazırda özünü kifayət qədər dağıdıcı aparır”.
” Alternativ Təşəbbüslər Qrupu”nun rəhbəri etiraf edir ki, Ermənistanın müharibədən sonra nəinki özünü təmin etmək, həm də müdafiə etməsi üçün heç bir imkanı qalmayıb. “Müharibədən sonra bizim özümüzə verilən kimi hər şeyi özümüz həll etməyə nə çəkimiz, nə imkanımız var. Azərbaycanda demək olar ki, o resurs var”.
Hovvanisyan sonda deyib ki, Ermənistan bu gün İlham Əliyevin səbri ilə oynayır. “Bu gün “Əliyevin səbri” deyilən bir faktor formalaşır. Biz onunla oynayırıq. Özü də 2020-ci ili unudaraq”.

Elşən