Ermənilər Azərbaycanlılarla birgə yaşamağa “pis” baxır

Ermənilər Azərbaycanlılarla birgə yaşamağa “pis” baxır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hakimiyyəti müəyyən istisnalarla Azərbaycan və Türkiyə ilə qonşuluq siyasətini düzəltməyə çalışır. Hərçənd İrəvan hökumətinin bununla bağlı şərtləri də mövcuddur.

Tribunainfo.az xəbər verir ki, Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması və münasibətlərin normallaşmasına qarşı çıxanların sayı isə az deyil. Erməni müxalifəti birmənalı olaraq bunu rədd edir. Onların şərtləri budur ki, qondarma “soyqırım” tanınmalı, erməniləri Qarabağa köçürülməli və Qarabağ Ermənistana verilməlidir. Elə bu səbəbdəndir ki, Ermənistanda bu fikrə uyan xəyalpərəstlər hesab edirlər ki, Türkiyə və Azərbaycanla birgə yaşamaq mümkan deyil.

“Hraparak” qəzeti isə bu məsələyə toxunaraq qeyd edir ki, Azərbaycan və Türkiyə ilə Ermənistanın birgə yaşaması üçün ermənilərə böyük güc lazımdır. “Böyük güc” dedikdə burada səbr nəzərdə tutulur. Çünki qəzet özü də bunun qeyri-mümkün olduğunu iddia edir.