Azərbaycanın işğal altındakı Xankəndi şəhəri yaxınlığında yerləşən Əsgəran rayonunun Daşuşen kəndində hündürlüyü 50 metr olan xaç qoyulub.
Azərbaycanın işğal altındakı Xankəndi şəhəri yaxınlığında yerləşən Əsgəran rayonunun Daşuşen kəndində hündürlüyü 50 metr olan xaç qoyulub.
Moderator.az xəbər verir ki, bu barədə Qarabağ separatçılarının rəhbərlərindən olan Sergey Şahverdiyan Feysbuk səhifəsində yazıb.
Uca təpədə yerləşdiyindən xaç Xankəndinin hər tərəfindən görünür.
Xəbərdə deyilir ki, bu xaç Avropada hündürlüyünə görə ikinci xaçdır.
Qitədə ən hündür xaç Makedoniyanın Skopye şəhərindədir. 2002-ci ildə makedoniyalıların xaçpərəstliyi qəbul etməsinin 2000-ci ildönümü münasibəti ilə qoyulmuş abidənin hündürlüyü 67 metrdir.