Ermənilər dinc oturmaq fikrində deyillər. Tribunainfo.az xəbər verir ki, COP29 ərəfəsində xeyli fəallaşan diaspora və Ermənistandakı separatçılar Azərbaycan əleyhinə addımlar atmaqda davam edirlər.
Belə ki, dünən Qarabağdan köçmüş bir qrup erməni (əsasən separatçılar) və onlara havadarlıq edən Ermənistandakı siyasi qüvvələr Azərbaycan əleyhinə petisiya yaradıblar. Onlar Beynəlxalq Cinayət Məhkəməsinin prokuroruna müraciət edərək, “Qarabağda törədilmiş cinayət faktları ilə bağlı” qondarma iddia qaldırıblar. Məhkəmədən bu qondarma istəklərini araşdırmaya başlamalarını istəyiblər.
P.S. Ermənilər elə zənn edirlər ki, bu tip addımlar onlara fayda gətirəcək. Əgər bu zavallı zümrə Azərbaycan əleyhinə təbliğat işlərinə sərf etdilkləri mənasız enerjini, bölgədə sülh əldə edilməsi yollarının axtarılmasına sərf etsəydilər, çoxdan problemlər həllini tapmışdı. Lakin görünən odur ki, “erməni xəstəliyi” heç bir halda bu bədbəxtləri həqiqəti görməyə imkan verməyəcək və daha da müsibətli günlərə düçar olmalarına səbəb olacaq.