30 il Azərbaycan torpaqlarını işğal altında saxlayıb, bütün yeraltı və yerüstü sərvətlərini talan edən ermənilər, indi də ağlaşma qurublar. Tribunainfo.az xəbər verir ki, erməni siyasətçiləri Qarabağın işğaldan azad edilməsindən sonra ticarətin zəiflədiyini dilə gətirməyə başlayıblar.
İranşünas ekspert Vardan Voskanyan deyir ki, Azərbaycan Ordusu Qarabağı işğaldan azad etdikdən sonra “ticarət ölüb”. “Qarabağ getdiyindən ticarət ölüb. Qarabağa gedən insanlar hər şeyi qutularla, ucuz qiymətə alırdılar. İndi yoldan keçənlər kilo-kilo alver edir, qalanları isə günəşin altında çürüyür”.
P.S. Ermənilərin bu tip ağlaşmalarını hələ çox görəcəyik.