“Ermənilər ağıllanmayacaq”backend

“Ermənilər ağıllanmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdan gizli qaçaraq, Ermənistana sığınmış separatçılar vaxtaşırı mediada görünərək, məntiqsiz və mənasız açıqlamalar verməklə gündəmdə qalmağa çalışırlar. Tribunainfo.az xəbər verir ki, bu dəfə qondarma “dqr”in “komandiri” Arkadi Karapetyan özünü ortaya atıb.

O iddia edib ki, Ermənistan və erməni xalqı guya, fil qulağnda yatıb və heç bir şeydən xəbəri yoxdur. Onun sözlərinə görə, ermənilər ayılmalı və türklərə qarşı “mübarizə” aparmalıdır. “Erməni xalqı yatıb. Baş verənləri görmür. Türklər gəlib, bizi qırmağa başlamayınca, bu millət ağıllanmayacaq”.

P.S. Bu sarsaq elə zənn edir ki, ağıllıdır. Və hələ də o xəstəlik canından çıxmayıb ki, türklər tarixən heç vaxt soyqırım etməyiblər. Qondarma “erməni soyqırımı” isə elə ermənilərin özlərinin uydurduqları nağıldan başqa bir şey deyil. Əgər bu hadisə gerçək olsaydı, ermənilər tarixi arxivləri açıb, ortaya qoyardılar. Halbuki Türkiyə dəfələrlə bunu təklif etsə də, Ermənistan hər dəfəsində imtina edib. Çünki ortada nə fakt, nə də sübut var.