backend

Ermənilər Ağdamda “Qızıl Xaç”ın işçilərini atəşə tutdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdam rayonunda subartezian quyularında təmir-bərpa işləri aparan rayon sakinləri ermənilər tərəfindən atəşə tutulub. 

Ağdam rayonunda subartezian quyularında təmir-bərpa işləri aparan rayon sakinləri ermənilər tərəfindən atəşə tutulub.

Report-un məlumatına görə, hadisə cəbhə bölgəsində qoşunların təmas xəttinin yaxınlığında yerləşən Əhmədağalı kəndi ərazisində baş verib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) maliyyə dəstəyi ilə həyata keçirilən təmir-bərpa işləri zamanı erməni tərəfi ərazidə çalışan Meliorasiya və Su Təsərrüfatı ASC Ağdam rayon Mexaniki Suvarma idarəsinin əməkdaşlarını və texnikaları atəşə tutub. Hadisə yerində BQXK-nın əməkdaşları da olub.

Ermənilər tərəfindən atəşkəsin pozulması zamanı xəsarət alan olmasada texnika və qurğulara ziyan dəyib.