Ermənilər 1,2 milyon avro yığdı

Ermənilər 1,2 milyon avro yığdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya ermənilərini birləşdirən “Ayastan” fondunun noyabrın 14-dən 18-dək Avropada keçirdiyi telefon marafonunun nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, Fransadan başlayıb Yunanıstanda bitən tədbirə 10 min nəfər qatılıb, 1 milyon 242 min 460 avro pul yığılıb. Vəsaitin bir hissəsi Ermənistanda sosial layihələrin maliyyələşməsinə yönəldiləcək, qalan hissəsi Dağlıq Qarabağda və Suriyada yaşayan ermənilərin ehtiyaclarına yönəldiləcək.

1992-ci ildə yaradılmış “Ayastan” fondu indiyədək Ermənistanda və Dağlıq Qarabağda müxtəlif layihələrin gerçəkləşdirilməsi üçün 330 milyon dollardan vəsait toplayıb.

“Ayastan” fondunun Himayəçilik Şurasına Ermənistan prezidenti başçılıq edir.