“Erməni yazıçı 4-5 il öncə haqqımda kitab yazmışdı…”- Əməkdar artist…

“Erməni yazıçı 4-5 il öncə haqqımda kitab yazmışdı…”- Əməkdar artist…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Muğam ifaçımız Elnarə Abdullayeva haqqında kitab yazan erməni yazıçı Lyubik Çibuxyan vəzifəsindən qovulub. Erməni hakim dairələri onu bütün titullardan məhrum etməklə kifayətlənməyərək, vəzifəsindən də uzaqlaşdırıblar.
Bu haqda Moderator.az-a açıqlamasında əməkdar artist Elnarə Abdullayeva erməni yazıçının onun haqda kitab yazmasından xəbərdar olduğunu bildirib:
“Erməni yazıçı təxminən 4-5 il öncə haqqımda kitab yazmışdı. Bununla bağlı BBC saytında xəbər yayılmışdı və hətta məndən həm bu sayt, həm də televiziyalar açıqlamalar aldılar. L.Çibuxyanın indi mənə kitab yazmasına görə vəzifəsindən uzaqlaşdırılmasında xəbərim yoxdur”.
Qeyd edək ki, erməni yazıçı bununla bağlı keçmiş prezidenti Serj Sarkisyana 12 şikayət məktubu yazsa da, heç bir cavab almayıb. İndi o, Paşinyandan kömək umur və elə ona görə Paşinyan haqqında “İcevan planetindən enmiş xilaskar” adlı kitabını dərc etdirib.