Erməni terrorçusu: Uşaqlarımızı Qərbi Azərbaycana qurban veririk

Erməni terrorçusu: Uşaqlarımızı Qərbi Azərbaycana qurban veririk

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan açıqlama verərək, Qərbi Azərbaycan olaraq Azərbaycanın Qazax, Tovuz, Gədəbəy, Kəlbəcər, Qubadlı və Zəngilan rayonlarını göstərib. Tribunainfo.az xəbər verir ki, onun bu açıqlaması bir sıra müzakirələrə səbəb olub.
“Hraparak” qəzetinin redaktoru, qatı erməni millətçisi, anti-Azərbaycan çıxışları ilə yanaşı, Birinci və İkinci Qarabağ savaşlarında iştirak etmiş Hasmik Babacanyan hesab edir ki, Paşinyanın dediklərinə reaksiya verilməlidir. Onun sözlərinə görə, Paşinyan Qərbi Azərbaycan olaraq “dəqiq ünvan” göstərib. “Paşinyan deyir ki, Qərbi Azərbaycan konkret bu ərazilərə aiddir. Əgər belədirsə, biz niyə uşaqlarımızı Qərbi Azərbaycan uğrunda qurban veririk?”