Erməni siyasətçi: “Zəngəzur mübahisəli ərazidir”

Erməni siyasətçi: “Zəngəzur mübahisəli ərazidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağın itirilməsi beynəlxalq münasibətlərdə Ermənistanın mövqeyini aşağı salıb. Əgər əvvəllər yalnız Qarabağ mübahisəli ərazi amili idisə, indi Ermənistanın suveren ərazisi olan Sünik də mübahisəlidir”.

Tribunainfo.az xəbər verir ki, bu sözlərin müəllifi Ermənistan Demokratik Birlik Partiyasının sədri Suren Petrosyandır.

O iddia edib ki, Ermənistan təhlükəsizliyini sözün əsl mənasında Azərbaycana həvalə edib. “Təhlükəsizlik heç vaxt kağız üzərində ola bilməz. Eyni məntiqlə noyabrın 10-da razılaşma olub. Başqa vasitəçi var, dövlət başçılarının imzaları, zaminlər və s. Sonra onlar dərhal ondan yan keçərək ABŞ-a tərəf getdilər”.

Petrosyan bildirib ki, Paşinyan növbəti manipulyasiyaya əl atır. “Bu gün sülhün yeganə komponenti belədir: Azərbaycan nə istəyir, Ermənistan heç nə tələb etmədən razılaşır, vəssalam”.

Fərda Uğur