Ermənistanda baş nazir Nikol Paşinyanın əleyhidarları iddia edirlər ki, o, tezliklə Zəngəzuru Azərbaycana verəcək. Tribunainfo.az xəbər verir ki, hətta Paşinyanın İrəvanla kifayətlənəcəyini deyənlər də az deyil.
Keçmiş prezident Serj Sarkisyanın sağ əli olan Eduard Şarmazanov bildirir ki, baş nazirin nə deyəcəyinə və hansı addım atacağına heç bir təminat yoxdur. “Harada təminat var ki, Paşinyan deməyəcək ki, artıq Ermənistan yoxdur, amma Qərbi Azərbaycan var?”
Deputat Tiqran Abramyan isə bildirir ki, Paşinyan hakimiyyətdə qalmaq üçün ən yaxınlarını belə qurban verməyə hazırıdır. “Kim deyə bilər ki, sabah Paşinyan “İrəvan bizə bəsdir, qalan torpaqlar Azərbaycana məxsusdur” açıqlamasını verməyəcək? Onun nəzərdə tutduğu Ermənistan, diz çökmüş, ram edilmiş ölkədir”.