Erməni siyasətçi: “Dəhlizin İrana heç bir zərəri yoxdur, əksinə faydası var”

Erməni siyasətçi: “Dəhlizin İrana heç bir zərəri yoxdur, əksinə faydası var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa İttifaqı müşahidəçilərinin Ermənistana gəlməsi, Roma Əsasnaməsinin ratifikasiya olunması, Hindistan-Ermənistan hərbi əməkdaşlığı Azərbaycana sülh danışıqlarına gəlmək üçün təzyiq vasitəsi idi”.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərin müəllifi Ermənistan Xristian Demokrat Partiyasının sədr müavini Hayk Sukiasyandır.

O qeyd edib ki, Zəngəzur dəhlizinin İrana heç bir zərər yoxdur. “Suveren və güclü Ermənistandan İran faydalanır. Rusiyaya faydası yoxdursa, bu, Rusiyanın problemidir”.

Sukiasiyan vurğulayıb ki, Ermənistan faktiki olaraq özünü blokadadan çıxarır. “Kommunikasiyalar açmaq dəhliz vermək demək deyil. Onlar boş-boş danışırlar”.

Erməni siyasətçi bildirir ki, Türkiyə sərhədləri açılacağı təqdirdə rus qoşunlarının geri çəkiləcəyinə inanır. “Çünki Türkiyə o sərhədi Ermənistan-Türkiyə sərhədi deyil, Türkiyə-Rusiya sərhədi hesab edib. Əgər onlar təklif etmirlərsə, biz də təklif edək”.

Sukiasiyan Rusiya-Azərbaycan münasibətlərinə də toxunub. O iddia edib ki, rsəmi Bakıya qarşı Kremlin davranışı Azərbaycanın onların tələbindən imtina etməsi olub. “Rusiya-Azərbaycan münaqişəsi ehtimalı var, amma indiki məqamda yox. Rusiya impuls toplayıb, bunu edəcək, çünki sövdələşmə olub: “Qarabağ sənindir, amma sən Ermənistana hücum edib onu mənə təslim etməlisən”. Lakin Azərbaycan bundan boyun qaçırıb”.

Fərda Uğur