Erməni separatçılarının əsas sponsorlarından biri ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağlıq Qarabağda erməni separatçılarını dəstəkləyən və onlara maliyyə yardımı edən rusiyalı iş adamı Levon Ayrapetyan ölüb.

 

Dağlıq Qarabağda erməni separatçılarını dəstəkləyən və onlara maliyyə yardımı edən rusiyalı iş adamı Levon Ayrapetyan ölüb.

Oxu.Az-ın erməni KİV-ə istinadən məlumatına görə, milyarder oktyabrın 18-də 68 yaşında dünyasını dəyişib. 

Onun ölümünü qohumları da təsdiqləyiblər. L.Ayrapetyan Moskvada dəfn olunacaq. 

Qeyd edək ki, biznesmen 2016-cı ildə Moskvada dələduzluqda ittiham olnaraq, həbs edilmişdi, lakin səhhətində yaranan problemlərə görə bir müddət sonra azadlığa buraxılıb.