Ermənistan baş nazirinin aparat rəhbəri Arayik Arutyunyan bəzi etiraflar edib.
Tribunainfo.az xəbər verir ki, o, Ermənistan Müstəqillik Aktında bəzi problemlərin olduğunu bildirib.
O “Ermənistanın Müstəqillik Bəyannaməsində müəyyən problemlər var. Məsələ araşdırılır və zəruri olan addım atılacaq” deyə bildirib.
Söhbət həmin sənəddə Azərbaycana qarşı ərazi iddiasından gedir. Belə ki, Ermənistanın Müstəqillik Aktında Qarabağ Azərbaycan ərazisi kimi deyil, “müstəqil” subyekt kimi göstərilib. Üstəlik, onun Ermənistana birləşdirilməsi bənd olaraq qeyd edilib.
Xatırladaq ki, Azərbaycan məhz bu səbəbdən Ermənistandan Konstitusiya və Müstəqillik Bəyənnaməsini dəyişdirilməsini tələb edir. Bunu iki ölkə arasında sülh müqaviləsinin bağlanmasında əsas maneə sayır.
Fərda Uğur










