Erməni QHT-lərinin “İtin Aya hürməsi” sindromu: COP29 əleyhinə kampaniya heç nə verməyəcəkbackend

Erməni QHT-lərinin “İtin Aya hürməsi” sindromu: COP29 əleyhinə kampaniya heç nə verməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənilər COP29 konfarnsı öncəsi xeyli fəallaşaraq, Azərbaycanı “nüfuzdan” salmağa çalışırlar. Tribunainfo.az xəbər verir ki, bu “nüfuzdan salma” prosesi isə özündə yalnız bir detalı gizlədir. Və ya bir məsələyə görə ermənilər şirin canlarına əl qatıblar.
Hüququşünas Siranuş Saakyan bir neçə gün bundan əvvəl açıqlamasında demişdi ki, Bakıda həbsdə olan erməni terrorçularını geri almaq üçün tədbirlər planı hazırlayırlar. Onun sözlərinə görə, COP29 ərəfəsində Azərbaycan həmin terrorçuları buraxa bilər. Lakin bunun üçün Bakıya təzyiq edilməlidir.
Ermənistan QHT Şurası isə açıqlamasında qeyd edib ki, onları COP29-da iştirak üçün Azərbaycana gəlməyəcəklər. Hətta gəlmələri üçün tələblərinin olduğunu da bildiriblər. “Bakıda həbsdə olan ermənilər azad ediləcəyi təqdirdə, COP29-da iştirak edə bilərik”.
Lakin ermənilər daxillə məsələni yekunlaşdırmırlar. Tribunainfo.az xəbər verir ki, onlar diaspora vasitəsi ilə də analoji addımları atırlar. Məsələn, dünən Livanda fəaliyyət göstərən erməni təşkilatları həmin ölkədəki səfirliklərə müraciət göndərərək, Bakıda həbsdə olan terrorçuların azad edilməsi üçün Azərbaycana təzyiq göstərmələrini istəyib.
Paralel olaraq, Amerikadakı ANCA erməni təşkilatı da konqresmenlərlə bu məsələni müzakirə etmək üçün fürəst axtardığını bildirib.
Əvvəla, ermənilərin COP29-da iştirak edib, etməməsi bizim üçün elə də ciddi əhəmiyyətə sahib deyil. O ayrı məsələdir ki, erməni QHT-ləri COP29-a dəvət olunub, ya olunmayıb. Yəni, onların Bakı ilə təhdid dili ilə danışmaları boş və mənasız bir şeydir.
Qaldı, Bakıda həbsdə olan erməni terrorşularının azad edilməsin, Azərbaycan tərəfinin bununla bağlı fikirləri qətidir və aydındır. Onlar cinayət törədiblər, ölkənin suverenliyinə xələl gətiriblər, separatçılıqla məşğul olublar, Gəncə və Bərdə kimi şəhərlərimizin raket atəşinə tutulmasına göstəriş veriblər ki, nəticədə onlarla insan həyatını itirib. Qanunsuz silahlı dəstələr saxlayaraq, Azərbaycan Ordusuna, vətəndaşlarına qarşı sistemli terror törədiblər. Bu faktlarla təsdiqlənib və erməni terrorçuların özləri də bunu qəbul ediblər. Belə olan halda, yəni, bunca cinayəti törətmiş adamları Azərbaycan niyə cəzasız qoymalı və azadlığa buraxmalıdır?
Ermənilərin xaricdə apardıqları “anti COP29” fəaliyyətləri də səmərəsizdir. Çünki bütün dünya Ermənistanın da, bizim də kim olduğumuzu yaxşı bilir. Üstəlik, bu gün Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu Ermənistanı əzər də, keçər də.
Pis bir ibarə ilə ifadə etsək, erməni QHT-ləri və diasporunun COP29 əleyhinə təbliğatı, terrorçuları azadlığa buraxdırmaq üçün cəhdləri itin aya hürməsi kimi bir şeydir. Yəni, it hürməklə Aya nəsə edə bilərsə, ermənilərin bu cəhdləri də Azərbaycana həmin “təsir”ə malikdir.