ERMƏNİ QHT-ləri: “İNDİYƏ QƏDƏR ÖLMÜŞ 5000 ERMƏNİ ƏSGƏRİNİN ADINI DƏQİQLƏŞDİRMİŞİK, SAYIN ARTACAĞI İSTİSNA DEYİL”

ERMƏNİ QHT-ləri: “İNDİYƏ QƏDƏR ÖLMÜŞ 5000 ERMƏNİ ƏSGƏRİNİN ADINI DƏQİQLƏŞDİRMİŞİK, SAYIN ARTACAĞI İSTİSNA DEYİL”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Çoxlu insan və ərazi itkimiz oldu. Bu günlərdə Şuşa ətrafındakı ərazilərdən çıxarılan 150 erməni hərbçinin cəsədi bunu bir daha sübut edir”. TİA.AZ xəbər verir ki, bunu Qarabağdakı terrorçuların rəhbəri Araik Arutyunyan özünün “Feysbuk” səhifəsində yazıb.
O bildirib ki, yüzlərlə cəsəd hələ də döyüş meydanındadır və bu, həm həlak olanların yaxınları, həm də bütün xalq üçün qeyri-müəyyənlik yaradıb. “Hər şeydən əvvəl məni vətənin daxili sabitliyini və həmrəyliyini pozan ciddi təhlükələr narahat edir”.
TİA.AZ xəbər verir ki, bu əsnada, erməni mənbələri Qarabağ savaşındakı itkilərinin sayı ilə bağlı araşdırmalara başlanıldığını bildiriblər. Onların dediyinə görə, müstəqil təşkilatlar döyüşlərdə ölmüş şəxslərin siyahısını hazırlayırlar. Belə ki, ailələrdən xahiş olunub ki, övladlarının adlarını yazaraq, onlara göndərsinlər. Üç gün ərzində əldə olunan məlumatlara əsasən Qarabağ savaşında öldürülən erməni əsgərlərinin sayının 5000 nəfəri keçdiyi vurğulanır. Araşdırma aparan QHT-lər rəqəmin artacağını istisna etmirlər.