Erməni QHT-ləri Bakıya gəlməyəcəklər – Bəhanə tapıblarbackend

Erməni QHT-ləri Bakıya gəlməyəcəklər – Bəhanə tapıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanı təmsil edən QHT-lər Bakıda keçiriləcək COP29 konfransında iştirak etmək fikrində deyil”. Tribunainfo.az xəbər verir ki, bunu “Ecolur Information” QHT-nin prezidenti, ekoloq İnqa Zarafyana “Hraparak” qəzetinə deyib.
O, bunu Azərbaycanda guya, 32 erməni əsirin olması və Qarabağdakı separatçı və terrorçuların hələ də qaytaırlmaması ilə izah edib. “Biz Bakıda fikirlərimizi sərbəst şəkildə ifadə edə bilməyəcəyik. Buna imkan verilməyəcək. Ona görə də, COP29-da Ermənistandan demək olar ki, heç kim iştirak etməyəcək”.
P.S. Əvvəla Azərbaycanda erməni əsir yoxdur.ş Hazırda Bakı istintaq təcridxanaları və həbsxanalarında konkret olaraq faktlarla sübut edilmiş hərbi cinayət törətmiş şəxslər və terrorçular var. Onları mühakimə etmək Azərbaycanın qanuni haqqıdır və bunu da həyata keçirir. İkincisi, erməni QHT-ləri Bakıya gəlməmək üçün bəhanə axtarırlar. Əvvəlcə gəlsinlər, çıxış etsinlər, əgər mane olan olarsa, o zaman belə mənasız açıqlamalar versinlər. Üçüncüsü, onlar bununla Azərbaycanın imicinə ziyan vurmaq fikrindədirlər. Lakin illərdir buna çalışsalar da, heç bir şeyə nail ola bilmirlər. Ona görə ki, bütün dünya onların qərəzli olduğunu yaxşı bilir.