“Sülh layihəsində Ermənistanın ərazi bütövlüyünün tanınmasına zəmanət verən xəritə yoxdur. Bu, qeyri-müəyyənliyə və yeni ərazi iddialarına qapı açır”.
Tribunainfo.az xəbər verir ki, bunu politoloq Suren Surenyants deyib.
O, sülh sazişi layihəsində maddələri müzakirə edərək, iddia edib ki, onların bir çoxu Ermənistanın maraqlarına xidmət etmir. Əsas vurğunu xəritə üzərinə gətirən Surenyants deyib: “Xəritəsiz, aydın sərhədlər və təhlükəsizlik təminatları olmayan bu saziş sülhü təmin etmir. Əksinə Ermənistan üçün yeni hüquqi və təhlükəsizlik riskləri yaradır”.
Fərda Uğur